Haqqımızda
Portalın fəaliyyət istiqamətləri
- Vətəndaşlara rayon icra hakimiyyəti ilə yanaşı dövlət qurumları və xidmət təşkilatlarına daha rahat, onlayn müraciət etmək imkanı verir;
- Müraciətlərin vahid şəkildə idarə edilməsini, portala inteqrasiya edilmiş dövlət qurumlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini təmin edir;
- Müraciətlərin baxılmasının operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik prinsipləri əsasında həyata keçirilməsinə nəzarət edir;
- Müraciətlərin baxılmasının qanuna uyğun həyata keçirilməsinə, cavabların keyfiyyətinə və şəffaflığa dair qiymətləndirmələrin aparılmasını təmin edir;
- Müraciətlərin və onların icrasının birbaşa mərkəzi və yerli icra hakimiyyəti orqanları, həmçinin xidmət təşkilatlarının baş idarələri tərəfindən izlənilməsinə şərait yaratmaqla icraçı qurumların məsuliyyətinin artmasını təmin edir;
- Müraciətlərin təhlilinə əsasən icraçı qurumların effektiv iş əmsalının müəyyənləşdirilməsini təmin edir;
- Müraciət zamanı yaradılan “Vətəndaşın elektron kabineti” vasitəsilə rayon əhalisinin məşğuliyyəti, onların sosial vəziyyəti və digər statistik hesabatların hazırlanması təmin edir;
Məqsədimiz
- Vətəndaşların müraciətlərini daha asan şəkildə ünvanlaması,
- Yaşayış yerini tərk etmədən, əlavə vaxt və maliyyə itkisi olmadan müraciət etmək imkanı;
- Şifahi müraciətlərin sayının azalması ilə xüsusi lüzum olmayan vətəndaş-məmur təmaslarının minimuma endirilməsi,
- Müraciətlərin elektron qaydada qəbul edilməsi işinin təkmilləşdirilməsi,
- Müraciətlərə baxılması işinin optimallaşdırılması,
- Real vaxt rejimində müraciətlərin izlənilməsi;
- Müraciətlərin sahələr üzrə sistemləşdirilməsi;
- Göstərilən elektron xidmətlərin sayının artırılması;
- Dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinin artırılmasıdır.
Portalın əlçatanlığı
- Elektron müraciət portalı (www.e-qebul.az) rayon icra hakimiyətinin rəsmi internet səhifəsinin “Elektron müraciət” bölməsində yerləşdirilmişdir;
- Portala daxil olmaq bacarığı olmayan vətəndaşlar rayon icra hakimiyyəti yanında yaradılmış ofisə gələrək RİH-in könüllülərinin köməyi ilə müraciətinlərini portal üzərindən ünvanlaya bilirlər.